...

Azərbaycan millisi voleybol üzrə DÇ-də Kuba yığması ilə qarşılaşa bilər

İdman Materials 21 May 2014 11:02 (UTC +04:00)
Sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyada keçiriləcək qadın voleybolçular arasında dünya çempionatının final mərhələsinə qatılacaq daha 4 yığmanın adı dəqiqləşib.
Azərbaycan millisi voleybol üzrə DÇ-də Kuba yığması ilə qarşılaşa bilər

Azərbaycan, Bakı, 21 may /Trend/

Sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyada keçiriləcək qadın voleybolçular arasında dünya çempionatının (DÇ) final mərhələsinə qatılacaq daha 4 yığmanın adı dəqiqləşib.

Trend Azərbaycan Voleybol Federasiyasına istinadən məlumat verir ki, Dominikan Respublikası, Kuba, ABŞ və Kanada milliləri komandamızın mübarizə aparacağı mundiala vəsiqə qazanıblar.

Bu komandalar Şimali və Mərkəzi Amerika, Karib Dənizi Hövzəsi ölkələri (NORCECA) çempionatının seçmə mərhələsinin yekununa əsasən DÇ-yə yüksəliblər. NORCECA-nın Apennində iştirak hüququ qazanacaq digər 2 komandasının adına isə iyuladək aydınlıq gələcək.

Beləliklə, mundialın iştirakçılarının sayı 22-yə yüksəlib. Bu 4 yığmadan Kubanın Azərbaycan millisinin yer aldığı C qrupuna düşəcəyi ehtimal edilir. Voleybolçularımızın son rəqibi isə NORCECA-nın 3-cüsü olacaq.

Qruplar püşkün nəticəsinə əsasən aşağıdakı kimidir:

A qrupu: İtaliya, Dominikan Respublikası, Almaniya, Argentina, Xorvatiya, Tunis
B qrupu: Braziliya, Serbiya, Türkiyə, Kanada, Kamerun, Bolqarıstan
C qrupu: ABŞ, Rusiya, Tailand, Hollandiya, Qazaxıstan, NORCECA-6.
D qrupu: Yaponiya, Çin, NORCECA-3, Belçika, Kuba, AZƏRBAYCAN.

Qeyd edək ki, NORCECA seçmə mərhələsi başa çatdıqdan sonra yığmaların reytinq cədvəlində dəyişiklik olsa, həmin komandaların nömrələrinə uyğun qrupları dəyişməsi istisna deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti