...

Azad Rəhimov: Bədii gimnastika dünyada olduğu kimi, Azərbaycanda da çox sevilən və geniş tamaşaçı kütləsi toplayan idman növüdür (ƏLAVƏ OLUNUB)

İdman Materials 13 İyun 2014 17:27 (UTC +04:00)
"Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi adından sizləri qədim Azərbaycan torpağında səmimi qəlbdən salamlayır, idmançılara yarışda uğurlar diləyirəm. Respublikamızın paytaxtında xoş anlar yaşamağı arzulayıram". Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yubiley - ХХХ Avropa çempionatının rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Azad Rəhimov: Bədii gimnastika dünyada olduğu kimi, Azərbaycanda da çox sevilən və geniş tamaşaçı kütləsi toplayan idman növüdür (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.Mehdiyev/

"Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi adından sizləri qədim Azərbaycan torpağında səmimi qəlbdən salamlayır, idmançılara yarışda uğurlar diləyirəm. Respublikamızın paytaxtında xoş anlar yaşamağı arzulayıram". Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yubiley - ХХХ Avropa çempionatının rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

A.Rəhimov bildirib ki, bu gün artıq 3-cü dəfədir ki, Bakı şəhəri bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edir: "Bu etimada görə Avropa Gimnastika İttifaqının rəhbərliyinə təşəkkürlərimizi bildiririk. Və əmin etmək istərdim ki, bu dəfə də etimadı əməli işimizlə doğruldacağıq".

Nazir qeyd edib ki, bədii gimnastika dünyada olduğu kimi, Azərbaycanda da çox sevilən və hər zaman geniş tamaşaçı kütləsini toplayan bir idman növüdür: "Xüsusilə, Azərbaycan Respublikasının birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra bədii gimnastika idman növünə diqqət və maraq xeyli artıb".

Onun sözlərinə görə, idmançılarımızın nailiyyətləri yüksəlib: "Azərbaycanda təşkil olunan bütün beynəlxalq tədbirləri çox yüksək səviyyədə keçirilir və hər kəs üçün bir idman bayramına çevrilir. Etiraf etmək lazımdır ki, ölkəmizdə idman siyasətinin uğurla həyata keçirilməsində Azərbaycan Respublikasının dövlət başçısı cənab İlham Əliyevin eyni zamanda Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti olması mühüm rol oynayır".

Nazir deyib ki, məhz dövlət tərəfindən idmana göstərilən dəstək və qayğı nəticəsində respublikamızda sürətli quruculuq işləri həyata keçirilir: "Yeni idman kompleksləri tikilir və bu gün startı verilən bədii gimnastika üzrə Avropa çempionatının keçirildiyi bu möhtəşəm Milli Gimnastika Arenası da dövlətimizin idmançılara və idman həvəskarlarına böyük bir hədiyyəsidir. Ümidvaram ki, bu gözəl arena bütün idmançılar və mütəxəssislər tərəfindən bəyəniləcək və gələcəkdə sıx-sıx beynəlxalq tədbirlərə ev sahibliyi edəcək. Bir daha bütün iştirakçılara uğurlar diləyirəm və hər birinizə qələbə sevinci arzulayıram!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti