...

Rusiya nümayəndəsi: "Milli Gimnastika Arenasına heyran oldum"

İdman Materials 15 İyun 2014 13:28 (UTC +04:00)
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının təşkili işinə heyranam.
Rusiya nümayəndəsi: "Milli Gimnastika Arenasına heyran oldum"

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir A.Bədəlova/

"Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının təşkili işinə heyranam". Bunu Trend-ə Avropa çempionatına gəlmiş Rusiyanın bədii gimnastika üzrə nümayəndə heyətinin təmsilçisi Dmitri Turgenev deyib.

Onun sözlərinə görə, hər şey gözəl və təmizdir.

D.Turgenev çempionatın keçirildiyi yeni Milli Gimnastika Arenasına heyran qaldığını vurğulayıb.

Qeyd edək ki, iyunun 13-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yubiley - ХХХ Avropa çempionatı başlayıb. Bakıda artıq üçüncü dəfə keçirilən turnirdə qitənin 33 ölkəsindən 258 idmançı mübarizə aparır. Onlar 9 medal dəsti uğrunda yarışırlar.

Dünən Azərbaycan Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında yuniorların komanda yarışında üçüncü yeri tutub. Azərbaycam ümumilikdə 94.364 bal toplayıb.

Qızıl medala Rusiya komandası yiyələnib. Hakimlər onların çıxışlarını 96.815 balla qiymətləndiriblər. İkinci yerdə 94.715 balla Belarus komandası qərarlaşıb.

Bədii gimnastika üzrə Avropa çempionatı bu gün başa çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti