...

Milli Qurtuluş Gününə həsr olunmuş stolüstü tennis üzrə respublika təsnifat turniri başa çatıb (FOTO)

İdman Materials 21 İyun 2014 13:47 (UTC +04:00)
19-20 iyun tarixlərində “Şüa” idman-sağlamlıq kompleksində 2002-ci il təvəllüdlü və azyaşlı oğlan və qızlar arasında stolüstü tennis üzrə respublika təsnifat turniri keçirilib.
Milli Qurtuluş Gününə həsr olunmuş stolüstü tennis üzrə respublika təsnifat turniri başa çatıb (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 iyun /Trend/

19-20 iyun tarixlərində "Şüa" idman-sağlamlıq kompleksində 2002-ci il təvəllüdlü və azyaşlı oğlan və qızlar arasında stolüstü tennis üzrə respublika təsnifat turniri keçirilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda Bakı Tennis Məktəbinin, "Lokomotiv" İSM-in, "Neftçi" idman klubunun, "Qaradağ" UGİM-in, eləcə də Sumqayıt, Şabran, Şirvan və Şəkidən olan idmançılar iştirak ediblər.

İki gün davam edən turnirdə oğlanlar arasında "Lokomotiv" İSM-in nümayəndəsi Fəxri Abdullayev 1-ci, Bakı Tennis Məktəbinin idmançısı Kənan Pənahov 2-ci və Şabran təmsilçisi Nihad Məmmədov 3-cü yeri tutublar.

Qızlar arasında keçirilmiş yarışda isə Şabran tennisçiləri Aliyə Haşımova 1-ci, Zöhrə Abdullayeva 2-ci və "Neftçi" idman klubunun təmsilçisi Zemfira Mikayılova 3-cü yerə layiq görülüblər.

Turnirin qaliblərinə Azərbaycan Stolüstü Tennis Federasiyasının diplomları və qiymətli hədiyyələri təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti