...

Alpinizmdə yeni marşrut

İdman Materials 24 İyun 2014 19:54 (UTC +04:00)
İsveçrənin ən güclü alpinistlərindən biri Sedrik Laçat “Stafilokokk” adlı yeni 9a+ dərəcəli marşrutu ilk dəfə keçdiyini elan edib.
Alpinizmdə yeni marşrut

Azərbaycan, Bakı, 24 iyun /Trend/

İsveçrənin ən güclü alpinistlərindən biri Sedrik Laçat "Stafilokokk" adlı yeni 9a+ dərəcəli marşrutu ilk dəfə keçdiyini elan edib.

Trend Azərbaycan Alpinizm Federasiyasına istinadən məlumat verir ki, marşrut Fransanın Monpelye dağında Pik Sen-Lup karyerində yerləşir.

Marşrutun qəribə adı idmançının Papua-Yeni Qvineyaya səfəri ilə bağlıdır. Həmin səfərdə alpinist stafilokokkun törətdiyi kəskin bakterioloji infeksiyaya yoluxub.

Sedrikin fikrincə, onun marşrutu 9a+ dərəcəli kimi qiymətləndirilməlidir. Bu dərəcə marşrutun başqa idmançılar tərəfindən təkrar keçirilmələri ilə təsdiqlənərsə, "Stafilokokk" Sedrik üçün üçüncü 9a+ olacaq.

Xatırladaq ki, 2011-ci ildə S.Laçat İspaniyanın Oliana dağında "Papiçulo" adlı marşrut yaradıb. Ela bununla da o, 9a+ dərəcəli zirvəni fəth edən ilk isveçrəli alpinist olub. İki il sonra, 2013-cü ildə elə həmin dağda idmançı "Çaksi" marşrutu ilə 9a+ fəth etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti