...

Azərbaycan güləşçiləri bu il beynəlxalq yarışlarda 229 medal qazanıblar (CƏDVƏL)

İdman Materials 10 İyul 2014 11:13 (UTC +04:00)
Azərbaycan güləşçiləri 2014-cü ilin ilk 6 ayı ərzində beynəlxalq yarışlarda 229 medal qazanıblar.
Azərbaycan güləşçiləri bu il beynəlxalq yarışlarda 229 medal qazanıblar (CƏDVƏL)

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İlkin İzzət/

Azərbaycan güləşçiləri 2014-cü ilin ilk 6 ayı ərzində beynəlxalq yarışlarda 229 medal qazanıblar.

Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən Trend-ə bildiriblər ki, 2014-cü il yanvarın 1-dən iyul ayının 1-nə qədər olan müddətdə güləşçilərimiz keçirilən beynəlxalq turnirlərdə ümumilikdə 229 medal qazanıblar. Bunların 47-si böyüklərdən, qalanı isə gənc və yeniyetmələrdən ibarət komandalarımızın payına düşür.

Qazanılan medalların 80-i qızıl, 59-u gümüş, 90-ı isə bürünc medallardır. Qarşıda ilin hələ 6 ayının olduğunu da nəzərə alsaq, orta hesablamalara görə, idmançılarımızın qazanacaqları mümkün medalların sayı ötənilki göstəriciləri geridə qoyacağı gözlənilir.

Qeyd edək ki, 2013-cü ilin yekunlarına əsasən, iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda güləşçilərimiz ümumilikdə 92 qızıl, 71 gümüş və 135 bürünc medal qazanmışdılar.

2014-cü ilin ilk 6 ayı ərzində Azərbaycan güləşçilərinin beynəlxalq turnirlərdə və Avropa çempionatlarında qazandığı nəticələr:

Sərbəst

Yunan-Roma

Qadın

Ümumi

Qızıl

Gümüş

Bürünc

Qızıl

Gümüş

Bürünc

Qızıl

Gümüş

Bürünc

Yeniyetmələr

18

15

22

10

9

20

5

2

1

102

Gənclər

6

8

13

13

6

11

7

9

7

80

Böyüklər

13

5

5

2

3

7

6

2

4

47

37

28

40

25

18

38

18

13

12

229

105

81

43

Qızıl

Gümüş

Bürünc

Ümumi

Yeniyetmələr

33

26

43

102

Gənclər

26

23

31

80

Böyüklər

21

10

16

47

80

59

90

229

Məqalədə:
Xəbər lenti

Xəbər lenti