...

Kayak və kanoe üzrə dünya çempionatında çıxış edəcək Azərbaycan millisinin heyəti açıqlandı

İdman Materials 6 Avqust 2014 20:31 (UTC +04:00)
Avqustun 7-də Rusiyanın paytaxtı Moskvada kayak və kanoe üzrə dünya çempionatı start götürəcək.
Kayak və kanoe üzrə dünya çempionatında çıxış edəcək Azərbaycan millisinin heyəti açıqlandı

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Avqustun 7-də Rusiyanın paytaxtı Moskvada kayak və kanoe üzrə dünya çempionatı start götürəcək. Nüfuzlu yarışda Azərbaycanı 6 idmançı təmsil edəcək.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının
mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kayakçıların mübarizəsində 1 nəfərlik qayıqla (K-1) Mirnazim Cavadov həm 200 metr, həm də 1000 metr məsafələrə yürüş edəcək. Aleksey Solovey isə 1000 metr məsafəyə yarışacaq.

Kanoeçilərin yarışında 1 nəfərlik qayıqla (C-1) 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko 200 metr, Nikolay Matviyçuk isə 1000 metr məsafəni qət edəcək.

Nəhayət, Bezuqlıy - Kupin dueti 2 nəfərlik qayıqla (C-2) həm 1000 metr, həm də 500 metr məsafələrə yürüş edəcək.

Qeyd edək ki, dünya çempionatına avqustun 10-da yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti