Azərbaycan, Bakı, 8 avqust /Trend/
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Trend-in məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayıb.
Püşkatmada 20 komandanın rəqibləri məlum olub.
III təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Zalsburq" klubu həlledici mərhələdə İsveçin "Malmö" komandası ilə qarşılaşdıracaq.
Qeyd edək ki, Çempionlar Liqasının "pley-off" mərhələsinin oyunları 19-20 və 26-27 avqust tarixlərində keçiriləcək.
Çempionlar Liqasının pley-off mərhələsinin cütlükləri:
"Maribor" (Sloveniya) - "Seltik" (Şotlandiya)
"Zalsburq" (Avstriya) - "Malmö" (İsveç)
"Olborq" (Danimarka) - APOEL (Kipr)
"Styaua" (Rumıniya) - "Ludoqorets" (Bolqarıstan)
"Slovan" (Slovakiya) - BATE (Belarus)
"Beşiktaş" (Türkiyə) - "Arsenal" (İngiltərə)
"Standart" (Belçika) - "Zenit" (Rusiya)
"Kopenhagen" (Danimarka) - "Bayer" (Leverkuzen, Almaniya)
"Lill" (Fransa) - "Portu" (Portuqaliya)
"Napoli" (İtaliya) - "Atletik" (Bilbao, İspaniya)