...

AFFA "Neftçi" və "Xəzər Lənkəran" futbolçularını cəzalandırdı

İdman Materials 16 Sentyabr 2014 16:22 (UTC +04:00)
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AFFA "Neftçi" və "Xəzər Lənkəran" futbolçularını cəzalandırdı

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Premyer Liqanın V turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul edilib.

Sentyabrın 13-də Premyer Liqanın V turunun "Neftçi" - "Xəzər Lənkəran" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 40-cı dəqiqəsində "Neftçi" klubunun 30 №-li futbolçusu Saşa Stamenkoviç sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 90+3-cü dəqiqəsində "Xəzər Lənkəran" klubunun 5 №-li futbolçusu Vilyan Tieqo idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

"Simurq" - "Qəbələ" matçında "Simurq" klubunun 5, "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub.

Oyunun 86-cı dəqiqəsində "Qəbələ" klubunun 12 №-li futbolçusu Aleksandr Benqa idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 20-ci dəqiqəsində "Simurq" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti