Azərbaycan, Bakı, 18 sentyabr /Trend/
Sentyabrın 19-da İsveçrənin Cenevrə şəhərində UEFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Trend AFFA-ya istinadən məlumat verir ki, iclasda Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlərin siyahısı müəyyənləşəcək. Siyahıda Bakı da yer alıb.
Qalib şəhərlər Bakı vaxtı ilə saat 16:00-da başlayacaq mərasimdə elan olunacaq. Tədbirdə Azərbaycanı AFFA prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.