Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İlkin İzzət/
AFFA-nın nümayəndəsi UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.
Trend AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində BATE (Belarus) - "Atletik" (Bilbao, İspaniya) oyununa tədbirin direktoru (UEFA Venue Director) təyin edilib.
Oyun sentyabrın 30-da, Borisov şəhərindəki Borisov Arenada keçiriləcək.