Azərbaycan, Bakı, 26 sentyabr /Trend/
FIFA Cəbəllütariq Futbol Federasiyasını (CFF) təşkilatın sıralarına qəbul etməyib.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu FIFA prezidenti Yozef Blatter İsveçrənin Sürix şəhərində təşkilatın İcraiyyə Komitəsinin iclasının yekunları üzrə mətbuat konfransında deyib.
Xatırladaq ki, CFF 2013-cü ilin may ayında UEFA-nın tərkibinə daxil edilib. Bu ilin sentyabr ayında Cəbəllütariq yığması Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Polşaya qarşı keçirdiyi ilk rəsmi oyunda 0:7 hesabı ilə uduzub.