...

"Qarabağ" sürpriz edə bilmədi

İdman Materials 3 Oktyabr 2014 02:38 (UTC +04:00)
Oktyabrın 2-də Azərbaycan çempionu Ağdamın “Qarabağ” komandası UEFA Avropa Liqası yarışlarının qrup mərhələsi çərçivəsində ikinci oyununu keçirib. “Qarabağ” Milanın “Cüzeppe Meazze” stadionunda İtaliyanın “İnter” klubunun qonağı olub.
"Qarabağ" sürpriz edə bilmədi

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Oktyabrın 2-də Azərbaycan çempionu Ağdamın "Qarabağ" komandası UEFA Avropa Liqası yarışlarının qrup mərhələsi çərçivəsində ikinci oyununu keçirib. "Qarabağ" Milanın "Cüzeppe Meazze" stadionunda İtaliyanın "İnter" klubunun qonağı olub.

Belaruslu baş hakim Aleksey Kulbakovun idarə etdiyi oyun 2:0 hesabı ilə "İnter"in xeyrinə başa çatıb.

Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqası yarışlarının qrup mərhələsi çərçivəsində ilk oyununu doğma meydanda Fransanın "Sent-Etyen" komandasına qarşı keçirib və oyunda hesab açılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti