...

FHN-in İdman Sağlamlıq Klubunun çoxnövçülük idmanı üzrə çempionatı keçirirlib (FOTO)

İdman Materials 18 Oktyabr 2014 03:01 (UTC +04:00)
FHN-in İdman Sağlamlıq Klubunun çoxnövçülük idmanı üzrə çempionatı keçirirlib.
FHN-in İdman Sağlamlıq Klubunun çoxnövçülük idmanı üzrə çempionatı keçirirlib (FOTO)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

FHN-in İdman Sağlamlıq Klubunun çoxnövçülük idmanı üzrə çempionatı keçirirlib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun oktyabr ayının 16-17 tarixlərinə nəzərdə tutulan çoxnövçülük idmanı üzrə çempionatı keçirirlib. Respublika Olimpiya Mərkəzində təşkil edilən çempionatda iştirakçılar beş mərhələdə yarışıb. Nazirliyin 19 qurumu və 80-ə yaxın iştirakçı çempionatda mübarizə aparıb.

1-ci mərhələ - 100 metrə qaçış
2-ci mərhələ - Uzuna tullanma
3-cü mərhələ - Kürə atma

Növbəti gün iki mərhələdə (hündürlüyə tullanma, 1000 metrə qaçış) özünü sınayan iştirakçılar arasında ən yaxşılarını Baş hakim Tofiq Əliyev və digər hakimlər müəyyən edib.

Beləliklə, çempionatda şəxsi hesabda və komanda hesabında qaliblərin adı bəlli olub.

Şəxsi hesabda:
1-ci yer - İbrahimov Asəf (Dövlət Yanğından Mühafizə Xidməti)
2-ci yer - Mirzəyev Vüqar (Dövlət Yanğından Mühafizə Xidməti )
3-cü yer - Pərviz Babayev (Xüsusi Riskli Xilasetmə Xidməti)

Komanda hesabında:
1-ci yer - Dövlət Yanğından Mühafizə Xidməti
2-ci yer - Xüsusi Riskli Xilasetmə Xidməti
3-cü yer - FHN-nin Akademiyası

Qaliblərə diplom, kübok, medal və qiymətli hədiyyələr təqdim edən FHN-nin İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev tədbirə nitqi ilə yekun vurub:

"Bu, cari ildə sayca 10-cu yarışımızdı keçiririk. Hər yarışda əməkdaşlarımızın peşəkar səviyyədə iştirakının şahidi oluruq. Nəticə onu göstərir ki, əməkdaşlarımız əksər idman növündə peşəkar səviyyə nümayiş etdirə bilir. Onlar arasında ən yaxşılarını seçib FHN-nin klubu adından respublika və beynəlxalq çempionatlarda iştirakı üçün şərait yaratmaq niyyətindəyik. Çöxnövçülük yarışı iştirakçıya bir neçə mərhələdə fiziki gücünü göstərmək imkanı qazandırıb. İştirakçıların həm say, həm keyfiyyət marağını nəzərə alaraq, növbəti illərdə bu növü daha maraqlı etməyə çalışırıq".

Xəbər lenti

Xəbər lenti