...

Millimiz elit raunda vəsiqə qazanıb

İdman Materials 15 Noyabr 2014 17:57 (UTC +04:00)
Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində sonuncu oyununu keçirib.
Millimiz elit raunda vəsiqə qazanıb

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində sonuncu oyununu keçirib.

Trend-in məlumatına görə, komandamız bu dəfə Sloveniya yığması ilə qarşılaşıb.

Oyunda hesabı yığmamız açıb - Ağarəhimov 23-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib. 12 dəqiqə sonra Süleymanov da fərqlənib. İlk hissənin sonuna 2 dəqiqə qalmış Mədətov hesabı artırıb - 3:0.

İkinci hissədə rəqib futbolçular fəallaşıblar. 48-ci dəqiqədə Ozbolt fərqi ikiyə endirib. 77-ci dəqiqədə isə penalti zərbəsini dəqiq yerinə yetirib - 3:2. Sloveniyalıların bundan artığına gücü çatmayıb.

Digər oyunda Macarıstan qrup lideri Slovakiyaya məğlub olduğu üçün (0:3) yığmamız qrup ikincisi kimi elit raunda vəsiqə qazanıb.

Qeyd edək ki, IV qrupda ilk oyunda Macarıstanla 1:1 hesablı heç-heçə edən yığmamız ikinci qarşılaşmada Slovakiyaya uduzmuşdu - 1:4.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti