...

"Araz Naxçıvan" çempionatdan rəsmən xaric edildi

İdman Materials 17 Noyabr 2014 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Trend qurumun saytına istinadən məlumat verir ki, iclasda "Araz Naxçıvan"ın fəaliyyətini dayandırması ilə bağlı Peşəkar Futbol Liqasına 11 noyabr 2014-cü il tarixli müraciəti müzakirə olunub.

Müraciətlə bağlı "Araz Naxçıvan" klubunun 2014/2015-ci il mövsümündə Premyer Liqadan və ölkə kuboku oyunlarından xaric edilməsi barədə qərar qəbul olunub.

Bundan başqa, klub oyunların 50 faizindən azında iştirak etdiyi üçün bütün oyunlardakı nəticələri ləğv edilib. Bu qərar əvəzedici komandaya da şamil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti