...

Roman Qriqorçuk da gəldi, "Qəbələ" özünə gəlmədi

İdman Materials 10 Fevral 2015 19:09 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasında 21-ci turun oyunlarına start verilib.
Roman Qriqorçuk da gəldi, "Qəbələ" özünə gəlmədi

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Azərbaycan Premyer Liqasında XXI turun oyunlarına start verilib.

Trend-in məlumatına görə, bu gün bir qarşılaşma keçirilib. "Simurq" doğma meydanda "Qəbələ"ni qəbul edib.

Turun açılış matçı Zaqatalada baş tutub. Oyuna zaqatalılar fəal başlayıblar. Birinci hissənin tamamında Draqan Çeran dubla imza atıb - 25 (1:0), 45+3-pen. (2:0)

İkinci hissədə qol qeydə alınmayıb.

Xalını 28-ə çatdıran Zaqatala təmsilçisi üçüncü pilləyə yüksəlib.

Xatırladaq ki, ukraynalı mütəxəssis Roman Qriqorçuk "Qəbələ"nin baş məşqçisi təyin edilsə də, onun rəhbərliyi altında keçirilən 3 oyunda cəmi 3 xal qazanılıb.

Qeyd edək ki, XXI tura sabah keçiriləcək 3 oyunla yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti