Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir Maksim Tsurkov/
Azərbaycan gimnastları Oleq Stepko və Kristina Pravdina bu gün Bakıda keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında çoxnövçülükdə qızıl medal qazanıblar.
Trend-in məlumatına görə, çoxnövçülükdə bütün rotasiyalardan sonra kişilər arasında Azərbaycan nümayəndəsi O.Stepko 90,600 balla qızıl medal qazanıb. İkinci yerə 88,050 balla digər Azərbaycan təmsilçisi Pyotr Paxnyuk layiq görülüb. London Olimpiya Oyunlarının mükafatçısı xorvatiyalı Filip Ude isə 86,100 balla bürünc medal qazanıb.
Qadınlar arasında çoxnövçülükdə proqramın bütün növlərinin nəticələri üzrə Azərbaycan idmançısı K.Pravdina 50,339 balla birinci olub. Türkiyəli Tutya Yılmaz 50,131 balla gümüş medal qazanıb. Türkiyənin daha bir təmsilçisi Demet Mutlu isə 49,332 bal toplayaraq üçüncülüklə kifayətlənib.