...

UNICEF və Bakı 2015 tərəfdaşlığa başladılar (FOTO)

İdman Materials 16 Mart 2015 19:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart /Trend/

UNICEF və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi Azərbaycanda gənclərin həyatını zənginləşdirməyi nəzərdə tutan dünyanın ilk əməkdaşlığını elan ediblər.

Komitədən Trend-ə verilən məlumata görə, müqavilə yeniyetmələrə təhlükəsiz və hərtərəfli idmanın onların həyatına verəcəyi töhfə və onların Oyunların sosial irsinin inkişafında rolunun genişləndiriləcəyi barədə danışmaq hüququ verir.

Müqavilə Azərbaycanın gənclər və idman naziri, Bakı 2015-in baş icraçı direktoru Azad Rəhimov və UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru, xanım Mari-Piyer Puarye tərəfindən imzalanıb.

A.Rəhimov söyləyib: "Bir gənc ölkə kimi, biz davamlı gələcəyi təmin etmək üçün gənclərimizə investisiya qoymağı öhdəmizə götürmüşük. Biz Avropa Oyunlarının irsini gücləndirmək və bütün Azərbaycanın hər yerində idman vasitəsilə uşaq və gənclərin cəlb olunması üçün UNICEF ilə sıx çalışaraq imkanları təmin etməkdən məmnunuq".

Müqaviləyə Oyunlardan iki gün öncə Bakıda keçiriləcək Təhlükəsiz və Hərtərəfli İdman üzrə Milli Gənclər Müşavirəsinin bir hissəsi olaraq Azərbaycanın 21 rayonunda keçiriləcək onlayn məsləhətləşmələr daxildir. Müqavilənin əlavə məqsədi, gənclərin öz icmalarında idmana cəlb olunmaları və bütün ölkədə inşa edilmiş çoxsaylı idman məkanlarından tam istifadə etmələrini həvəsləndirməkdir.

Mari-Piyer Puarye deyib: "Biz idmanın bütün dünyada insanları ruhlandırmaq, bir araya gətirmək və böyük miqyasda uşaq hüquqları barədə mühüm müraciətləri etmək üçün çox güclü bir vasitə olduğunu bilirik. Bakı 2015 Oyunları cəmiyyətin bütün təbəqələri arasında uşaq və yeniyetmələrə və bütövlükdə cəmiyyətə investisiya qoymaqa unikal imkan verir. Oyunlar bizə azərbaycanlı oğlan və qızlar üçün təhlükəsiz və hərtərəfli idman üzrə hüquqları və ən çox kənarda qalmış uşaq və yeniyetmələrin cəlb edilməsi üçün idmanın rolunu müzakirə etmək üçün böyük imkan verir".

Bakı 2015-in əməliyyat üzrə baş direktoru Saymon Kleq əlavə edib: "UNICEF və Bakı 2015 arasında imzalanmış bu müqavilə Avropa Oyunlarının Azərbaycana gətirdiyi Olimpiya ruhunun təcəssümüdür. Komandam və mən UNICEF ilə birlikdə ölkənin gənclərinə idman vasitəsilə həyat dəyişdirəcək imkanları təqdim edəcəyimiz üçün olduqca həyəcanlıyıq".

Proqram vasitəsilə yeniyetmələrin idmanın onların həyatlarındakı əhəmiyyətini və Azərbaycanın Avropa Oyunları və Formula 1 Avropa Qran Pri, İslam Həmrəylik Oyunları və UEFA 2020 yarışları kimi gələcək böyük idman hadisələri ilə bağlı imkanları müzakirə etmək üçün imkanları olacaq. Onlar, həmçinin digər qlobal idman tədbirinə ev sahibliyi etmiş və edəcək Braziliyadan olan həmyaşıdları ilə idman hadisələrinin irsi barədə məlumat və fikir mübadiləsi aparacaq.

Bu müqaviləyə əsasən, Bakı 2015, həmçinin rəsmi yayım kanalları və sosial media vasitəsilə bütün dünyadan olan Bakı 2015 idmançı və tamaşaçılarını həvəsləndirməkdə uşaqlara təsir etmək və uşaqların idmanda iştirakının mühümlüyünü vurğulamaqda UNICEF-ə dəstək verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti