...

"Çelsi"nin klassiki daha bir il komandada

İdman Materials 26 Mart 2015 22:24 (UTC +04:00)
İngiltərənin “Çelsi” futbol klubu Con Terri ilə müqaviləni rəsmən yeniləyib.
"Çelsi"nin klassiki daha bir il komandada

Azərbaycan, Bakı, 26 mart /Trend/

İngiltərənin "Çelsi" futbol klubu Con Terri ilə müqaviləni rəsmən yeniləyib.

Trend-in klubun saytına istinadən verdiyi məlumata görə, komandanın kapitanı ilə müqavilənin müddəti daha bir il müddətinə uzadılıb.

Beləliklə, London klubunun canlı əfsanəsi 2015/2016-cı il mövsümünün sonunadək komandasının şərəfini qoruyacaq.

Qeyd edək ki, C.Terri ilə mövcud müqavilə bu mövsümün sonu başa çatırdı. 1998-ci ildən "Çelsi"nin şərəfini qoruyan müdafiəçi əsas komandada 661 oyun keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti