Azərbaycan, Bakı, 5 aprel /Trend/
Bu gün Azərbaycan Premyer Liqasında 28-ci turun oyunları keçirilir.
Trend-in məlumatına görə, AZAL "Qəbələ"ni qəbul edib. Son vaxtlar baxımlı oyun nümayiş etdirən qəbələlilər bu dəfə də qələbə qazanıblar 0:4.
Lider "Qarabağ" isə autsayder "Bakı"nı qəbul edib. Komandalar oyundan sülhlə ayrılıblar - 1:1.
"Simurq" isə doğma meydanda "Neftçi" ilə qarşılaşıb. Matçın 81-ci dəqiqəsində Nikolas Kanales münasibətlərə aydınlıq gətirib - 0:1.
"İnter" - "Xəzər Lənkəran" oyununun birinci hissəsi başa çatıb. Hesab hələ açılmayıb.