Argentinanın "Lanus" klubunun azarkeşi Matias Fadiqa komanda ölkə çempionatında "Argentinos Xuniors"-a 1:0 hesabı ilə məğlub olduqdan sonra futbolçu Matias Fritslerin üstünə cumub. Bu barədə Trend Lenta agentliyinə istinadən məlumat verir.
"Heç vaxt insanın belə bir hərəkət edəcəyini düşünməzdim. Görünür, hər şeyi düşünmüşdür. Qarşımda qəfildən çıxdığından heç bir reaksiya verə bilmədim", - deyə oyunçu bildirib.
Azarkeş 28 yaşlı yarımmüdafiəçi jurnalistlərlə söhbət edərkən onun üzündən zərbə vurub. Həkimlər operativ şəkildə Fritslerə yardım göstəriblər.