...

Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə ƏƏSMN və DSMF komandaları arasında yarış keçirilib (FOTO)

İdman Materials 6 May 2015 15:14 (UTC +04:00)
Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) və Dövlət Sosial Müdafiə Fondunda (DSMF) keçirilən mini-futbol turnirlərinin qalib komandaları arasında yarış keçirilib.
Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə ƏƏSMN və DSMF komandaları arasında yarış keçirilib (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend/

Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) və Dövlət Sosial Müdafiə Fondunda (DSMF) keçirilən mini-futbol turnirlərinin qalib komandaları arasında yarış keçirilib.

ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dünya şöhrətli siyasi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasi kursunun Azərbaycanın hərtərəfli inkişafına və xalqımızın firavan gələcəyinin təminatına xidmət etdiyini vurğulayıb. Nazir Ulu öndərin ötən əsrin 70-80-ci illərində respublikamızı böyük tərəqqi yoluna səfərbər etməsindən söz açıb, ölkəmizdə müstəqil dövlət quruculuğunu, sabitlik və davamlı tərəqqini yüksək səviyyədə təmin edən Ulu öndərin həmçinin sosial inkişafa, vətəndaş firavanlığının təminatına, habelə ölkədə bədən tərbiyəsi və idmanın inkişafına yönələn siyasətinin uğurlarını diqqətə çatdırıb.

S.Müslümov bildirib ki, Ümummilli liderimizin bütün sahələrdə müəyyən etdiyi inkişaf strategiyasının 2003-cü ildən etibarən Prezident cənab İlham Əliyev tərəfindən məharətlə davam etdirilməsi Azərbaycanın son on ildə dünyada ən sürətlə inkişaf edən ölkəyə çevrilməsini təmin edib: "Bu gün əldə olunan bütün uğurlar Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və son on ildə cənab Prezident tərəfindən ləyaqətlə davam və inkişaf etdirilən mükəmməl islahatlar kursunun məntiqi nəticələri olan nailiyyətlərdir". Nazir Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə belə idman tədbirlərinin gənclərin idmana meylinin dəstəklənməsində, sağlam həyat tərzinin təbliğində mühüm rol oynadığını diqqətə çatdırıb.

DSMF-nin sədri Elman Mehdiyev Ulu öndər Heydər Əliyevin ölkədə pensiya təminatının yaxşılaşdırılmasına, sığorta-pensiya sisteminin təkmilləşdirilməsinə diqqət və qayğısından söz açıb, bu gün də möhtərəm Prezident cənab İlham Əliyevin respublikada sığorta-pensiya sisteminin müasirləşdirilməsini daim diqqətdə saxladığını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti