...

İki güləşçimiz öz çəkilərində liderdir

İdman Materials 8 May 2015 20:20 (UTC +04:00)
Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il aprel ayında keçirilən yarışların nəticəsinə əsasən yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.
İki güləşçimiz öz çəkilərində liderdir

Azərbaycan, Bakı, 8 may /Trend/

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il aprel ayında keçirilən yarışların nəticəsinə əsasən yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yunan-Roma güləşi üzrə reytinq siyahısına 8 güləşçimizin adı daxil edilib. Rəsul Çunayev (71 kq) və Rafiq Hüseynov (80 kq) növbəti dəfə birinciliklərini qoruyublar. Həsən Əliyev (66 kq), Saman Təhmasibi (85 kq), İslam Abbasov (85 kq) və Elvin Mürsəliyevin (75 kq) də mövqeyində dəyişiklik baş verməyib. S.Təhmasibi 2-ci, Həsən və Elvin müvafiq olaraq siyahıda 5-ci yerdədir. İslam Abbasov (85 kq) 6-cı sırada qərarlaşıb.

Ötən ay keçirilən Vehbi Emrenin xatirə turnirində çempionluq sevinci yaşayan Elman Muxtarov (59 kq) reytinq siyahısına 15-ci yerdən daxil olub.

59 kq
15. Elman Muxtarov - Vehbi Emre turniri 1-ci yer (nr)
18. Taleh Məmmədov - Təxti Kuboku turniri 1-ci yer (14)

66 kq
5. Həsən Əliyev - DÇ 5-ci yer (5)

71 kq
1. Rəsul Çunayev - Dünya Kuboku 1-ci yer (1)

75 kq
5. Elvin Mürsəliyev - DÇ 3-cü yer (5)

80 kq
1. Rafiq Hüseynov - Dünya Kuboku 1-ci yer (1)

85 kq
2. Saman Təhmasibi - DÇ 2-ci yer (2)
6. İslam Abbasov - U-23 AÇ 3-cü yer (6)

Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti