...

Azərbaycan Premyer Liqasının oyununda maraqlı olaylar: iki qırmızı, iki penalti

İdman Materials 8 May 2015 21:57 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasında 33-cü turun oyunları çərçivəsində "İnter Arena"da "İnter" və "Neftçi" komandaları üz-üzə gəlib
Azərbaycan Premyer Liqasının oyununda maraqlı olaylar: iki qırmızı, iki penalti

Azərbaycan, Bakı, 8 may /Trend/

Bu gün Azərbaycan Premyer Liqasında 33-cü turun oyunları çərçivəsində "İnter Arena"da "İnter" və "Neftçi" komandaları üz-üzə gəlib.

Trend-in məlumatına görə, "İnter"in 4:0 hesablı (Baçana Sxadadze, 45, 56, Derlis Meza Kolli, 49, Elvin Məmmədov, 90+1) qələbəsi ilə yekunlaşan oyunda maraqlı olaylar baş verib.

Hakim iki qırmızı vərəqə verib (Səlahət Ağayev, 65 ("İnter"), Mirhüseyn Seyidov, 89 ("Neftçi") və "bankirlər"in qapısına iki penalti təyin edib. Lakin "Neftçi"nin oyunçuları hər iki penalti zərbəsindən istifadə edə bilməyiblər.

"Qarabağ" "Xəzər Lənkəran"la oyunda xal itirdiyi üçün "İnter"in çempion olmaq şansı bir qədər artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti