...

FIFA-dan AFFA-ya cavab: Pavel Paşayev Azərbaycan millisində oynaya bilər

İdman Materials 21 May 2015 17:09 (UTC +04:00)
FIFA AFFA-nın müraciətini cavablandırıb.
FIFA-dan AFFA-ya cavab: Pavel Paşayev Azərbaycan millisində oynaya bilər

Azərbaycan, Bakı, 21 may /Trend/

FIFA AFFA-nın müraciətini cavablandırıb.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, Ukraynanın "Metallurq" (Zaporojye) klubunun müdafiəçisi, əslən azərbaycanlı olan Pavel Paşayev AFFA-ya müraciət edərək Azərbaycan millisində oynamaq istədiyini qeyd edib. Bununla əlaqədar AFFA-nın sorğusuna cavab olaraq Ukrayna Futbol Federasiyasından bildirilib ki, futbolçu bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etsə də, əsas komandada oynamayıb.

AFFA onun müvafiq qaydalara uyğun olaraq Azərbaycan millisində çıxış etməsinə razılıq vermək üçün FIFA-ya müraciət ünvanlamışdı. Artıq FIFA müraciəti cavablandırıb.

FIFA-nın Oyunçuların Statusu Komitəsinin AFFA-ya ünvanladığı məktubda bildirilir ki, assosiasiyanı dəyişməklə bağlı AFFA və P.Paşayevin FIFA-ya müraciəti təmin olunsun və futbolçu qərarı aldığı tarixdən etibarən Azərbaycan milli komandasında oynamaq hüququna sahibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti