...

Messi məhkəmə qarşısına çıxacaq

İdman Materials 10 İyun 2015 17:40 (UTC +04:00)
Argentinalı futbolçu Lionel Messi vergidən yayınma ittihamına görə Barselona məhkəməsi qarşısına çıxacaq.
Messi məhkəmə qarşısına çıxacaq

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Argentinalı futbolçu Lionel Messi vergidən yayınma ittihamına görə Barselona məhkəməsi qarşısına çıxacaq. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, prokurorluq 2013-cü ildə Messiyə görə məhkəməyə şikayət etmişdi.

Məhkəmə L.Messinin vəkillərinin apelyasiyasını qəbul etmədiyindən "Barselona"nın hücumçusu məhkəmə qarşısına çıxacaq. Belə ki, o, atası Xorxe Messinin maliyyə fəaliyyəti barədə məlumata malik ola bilər. X.Messi futbolçunun meneceridir.

O və atası X.Messi 2013-cü ildə 4,1 milyon avro məbləğində vergidən yayınmada ittiham edilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti