...

"Neftçi", "İnter" və "Qəbələ"nin də rəqibləri məlum oldu

İdman Materials 22 İyun 2015 16:20 (UTC +04:00)
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.
"Neftçi", "İnter" və "Qəbələ"nin də rəqibləri məlum oldu

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, püşkatma nəticəsində Azərbaycanın 3 klubunun rəqibləri məlum olub.

Püşkatmanın nəticəsinə əsasən "Neftçi" Monteneqronun "Mladost", "Qəbələ" Gürcüstanın "Dinamo" (Tbilisi), "İnter" isə Albaniyanın "Laçi" komandaları ilə qarşılaşacaq.

Mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq hər üç təmsilçimiz ilk oyunlarını səfərdə keçirəcək.

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları iyulun 2-si, cavab qarşılaşmaları iyulun 9-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti