...

Aleksandr Jukov: Olimpiada proqramına karate və sambo daxil edilə bilər

İdman Materials 26 İyun 2015 17:52 (UTC +04:00)
“Bakıda I Avropa Oyunları sambonun necə maraqlı idman növü olduğunu göstərdi”.
Aleksandr Jukov: Olimpiada proqramına karate və sambo daxil edilə bilər

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir Azad Həsənli/

"Bakıda I Avropa Oyunları sambonun necə maraqlı idman növü olduğunu göstərdi".

Bu barədə Trend-ə Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov Bakıda Azarkeşlər evində keçirilən mətbuat konfransında deyib.

I Avropa Oyunlarında təmsil edilən qeyri-olimpiya idman növlərinin olimpiada proqramına daxil edilməsindən danışan A.Jukov artıq karate ilə sambonun belə bir iddiada olduğunu qeyd edib: "Düşünürəm ki, bu il sambo Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qəbul ediləcək. Hamımız sambonun necə maraqlı idman növü olduğunu gördük".

O, həmçinin I Avropa Oyunları çərçivəsində akrobatika yarışlarını çox bəyəndiyini bildirib: "Bu idman növü çox gözəl, perspektivli və baxımlıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti