...

Yeniyetmə güləşçilərimiz Tbilisidə medal qazanıblar

İdman Materials 2 İyul 2015 17:08 (UTC +04:00)
Yeniyetmə güləşçilərimiz Tbilisidə 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar.
Yeniyetmə güləşçilərimiz Tbilisidə medal qazanıblar

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İlkin İzzət/

Yeniyetmə güləşçilərimiz Tbilisidə 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Gürcüstanın paytaxtı Tbilisi şəhərində yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Çempionlar Beynəlxalq turniri keçirilib.

Güləşçilərimiz yığma komandanın böyük məşqçisi Bəhram Mürvətov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında turnirdə iştirak edib və turniri 1 qızıl, 3 gümüş və 2 bürünc medalla tamamlayıb.

42 kq çəkidə mübarizə aparan Fail İsgəndərov bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalını qazanıb. Yalnız final görüşündə uduzan Rəcəbəli Nəsirov (50 kq), Elvin Mustafayev (54 kq) və Nəzərşah Fətullayev (76 kq) gümüş medala yiyələnib. Bürünc medalları isə, yığmamıza Məhəmmədəli Həsənov (58 kq) və Yaşar Zamanov (85 kq) qazandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti