Azərbaycan, Bakı, 25 avqust /Trend/
İngiltərənin "Mançester Yunayted" futbol klubu İspaniyanın "Barselona" futbol klubu və Braziliya millisinin hücumçusu Neymarın keçidi üçün 190 milyon avro ödəməyə hazırdır. Trend bu barədə "Globo" qəzetinə istinadən məlumat verir.
"Qırmızı şeytanlar" artıq bu yay Neymarı əldə etməyə hazırdırlar.
"Barselona" belə sərfəli şərtlər daxilində braziliyalının getməsinə qarşı deyil. Hazırda klublar danışıqlar aparır.
Bu transfer dünya futbol tarixində ən bahalı transfer ola bilər.
Qeyd edək ki, ötən mövsüm Neymar "Barselona" heyətində 51 oyun keçirib və 39 qol vurub.