Azərbaycan, Bakı, 28 avqust /Trend/
Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq "Qəbələ"nin oyunlarının təqvimi müəyyənləşib.
Trend-in məlumatına görə, C qrupunda yarışacaq Roman Qriqorçukun komandası ilk oyununu sentyabrın 17-i doğma meydanda PAOK-a qarşı keçirəcək.
"Qəbələ" qrupdakı son matçını da Azərbaycanda oynayacaq.
Komanda dekabrın 10-u "Krasnodar"ı qəbul edəcək.
17 sentyabr
"Qəbələ" - PAOK (Yunanıstan)
1 oktyabr
"Krasnodar" (Rusiya) - "Qəbələ"
22 oktyabr
"Qəbələ" - "Borussiya" (Dortmund, Almaniya)
5 noyabr
"Borussiya" - "Qəbələ"
26 noyabr
PAOK - "Qəbələ"
10 dekabr
"Qəbələ" - "Krasnodar"