...

Azərbaycan - İtaliya oyununun biletləri satışa çıxarıldı

İdman Materials 12 Sentyabr 2015 17:02 (UTC +04:00)
Azərbaycan - İtaliya oyununun biletləri satışa çıxarılıb.
Azərbaycan - İtaliya oyununun biletləri satışa çıxarıldı

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da, saat 21:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İtaliya oyununun biletləri satışa çıxarılıb.

Trend AFFA-nın saytına istinadən məlumat verir ki, biletləri "Bakcell Arena"nın kassalarında və Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür.

Qarşılaşmanın biletlərinin qiyməti:

1-ci kateqoriya - 4 AZN
2-ci kateqoriya - 2 AZN
3-cü kateqoriya - 1 AZN

VİP - 50 AZN

Xəbər lenti

Xəbər lenti