...

Velosipedçimiz dünya çempionatında ilk onluğa düşüb (VİDEO)

İdman Materials 21 Sentyabr 2015 15:23 (UTC +04:00)
Azərbaycan velosipedçisi dünya çempionatında 8-ci yeri tutub.
Velosipedçimiz dünya çempionatında ilk onluğa düşüb (VİDEO)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan velosipedçisi dünya çempionatında 8-ci yeri tutub.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, ABŞ-ın Riçmond şəhərində velosiped idmanının şose növü üzrə dünya çempionatına start verilib.

İlk yarış günü qadınlar arasında komanda ötüşməsində (Team Time Trial) qaliblər müəyyənləşib.

Azərbaycan yığmasının üzvü Yelena Pavluxina da dünya çempionatında Sloveniyanın "Lyublyana" komandasının heyətində çıxış edir. Təmsilçimizin şərəfini qoruduğu kollektiv 38.8 km məsafəni 50 dəqiqə, 38 saniyəyə başa vurmaqla çempion olmuş Almaniyanın "Velocio-SRAM" komandasından 3 dəqiqə, 3 saniyə geri qalıb və 8-ci nəticə göstərib.

Bununla da Y.Pavluxina dünya çempionatını "Lyublyana" komandasının heyətində 8-ci yerdə bitirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti