...

Türkiyə "Avro-2016"-da

İdman Materials 14 Oktyabr 2015 03:09 (UTC +04:00)
Bu gün “Avro-2016”nın seçmə mərhələsinə yekun vurulub.
Türkiyə "Avro-2016"-da

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Bu gün "Avro-2016"nın seçmə mərhələsinə yekun vurulub.

Trend-in məlumatına görə, A qrupunda Türkiyə millisi evdə İslandiyanı qəbul edib. Fatih Terimin komandası bu görüşdə qalib gələcəyi təqdirdə Avropa çempionatının final mərhələsinə vəsiqə verən pley-off oyunlarına qatılmaq şansı qazanacaqdı.

Lakin "ay ulduzlu" komanda bundan artığını bacarıb. Doğma meydanında İslandiyanı 1:0 hesabı ilə məğlub edən Türkiyə yığması ən yaxşı qrup üçüncüsü kimi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Qol: Səlçuk İnan, 89 (1:0)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti