Azərbaycan, Bakı, 3 noyabr /Trend/
Hakimlərimiz Xorvatiya - San Marino oyununa təyinat alıblar.
Trend AFFA-ya istinadən məlumat verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda noyabrın 11-də keçiriləcək Xorvatiya - San Marino oyununu Orxan Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Onun köməkçiləri Yaşar Abbasov və Vaqif Musayev olacaq. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.