...

"Qalatasaray" uduzdu, "Real" qalib gəldi

İdman Materials 4 Noyabr 2015 02:03 (UTC +04:00)
Çempionlar Liqasının qrup mərhələsində dördüncü turun oyunları keçirilib.
"Qalatasaray" uduzdu, "Real" qalib gəldi

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Çempionlar Liqasının qrup mərhələsində dördüncü turun oyunları keçirilib.

Trend-in məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

A, B, C və D qruplarının hərəsində iki oyun keçirilib. Türkiyənin turnirdə yeganə təmsilçisi olan "Qalatasaray" səfərdə "Benfika"nın qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

Qeyd edək ki, Çempionlar Liqasında dördüncü turun qalan oyunları bu axşam keçirilib.

A qrupu

"Real" (Madrid, İspaniya) - PSJ (Fransa) - 1:0
Qol: Naço, 35 (1:0).

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Malmö" (İsveç) - 4:0
Qol: Qladkij, 29 (1:0), Sırna, 48 (2:0), Alveş, 55 (3:0),Teyşera, 73 (4:0).

B qrupu

"Mançester Yunayted" (İngiltərə) - CSKA (Moskva, Rusiya) - 1:0
Qol: Runi, 79

PSV (Hollandiya) - "Volfsburq" (Almaniya) - 2:0
Qol: Lokadia, 55, De Yonq, 86.

C qrupu

"Astana" (Qazaxıstan) - "Atletiko" (Madrid, İspaniya) - 0:0

"Benfika" (Portuqaliya) - "Qalatasaray" (Türkiyə)- 2:1 Qol: Yonas, 52 (1:0), Padolski, 58 (1:1), Luisao, 67 (2:1).

D qrupu

"Borussiya" (Münhenqladbax, Almaniya) - "Yuventus" (İtaliya) - 1:1
Qol: Conson, 18 (1:0), Lixtnştayner, 44 (1:1)

"Sevilya" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 1:3
Qol: Sterlinq, 8 (0:1),Fernandinyo, 11 (0:2), Tremolinas, 25 (1:2), Boni, 36 (1:3)

Xəbər lenti

Xəbər lenti