...

Milli Gimnastika Arenası idman və gimnastika həvəskarları üçün turlar təşkil edir (FOTO)

İdman Materials 13 Noyabr 2015 11:37 (UTC +04:00)
Milli Gimnastika Arenası (MGA) idman və gimnastika həvəskarları üçün hər həftə turlar təşkil edir.
Milli Gimnastika Arenası idman və gimnastika həvəskarları üçün turlar təşkil edir (FOTO)

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Milli Gimnastika Arenası (MGA) idman və gimnastika həvəskarları üçün hər həftə turlar təşkil edir.

MGA-dan Trend-ə verilən məlumata görə, hazırda Arenada idmana və sağlam həyat tərzinə günü-gündən daha çox diqqət yetirilir. Gimnastika istənilən peşəkar idman növünün, o cümlədən müasir həyatımızın ayrılmaz hissəsinə çevrilmiş fitnesin əsasını təşkil etdiyindən, bütövlükdə idman gimnastikadan başlanır.

MGA-nın 2014-cü ilin aprel ayında açılışından etibarən burada keçirilən yerli və iri miqyaslı beynəlxalq yarışların tamaşaçı tribunalarından izlənildiyi zaman gimnastika növləri üzrə yığma komanda üzvləri üçün yaradılmış məşq şəraiti, iş qrafiki, arenanın daxilindəki müxtəlif təyinatlı otaqlar və idmançıların çıxışlarında istifadə etdikləri alətlər və idman avadanlıqları ilə bağlı suallar yaranıb.

İndi Sizlərin Beynəlxalq Gimnastika Federasiyasının proqramına daxil olan 7 gimnastika növü üzrə ixtisaslaşmış, dünyanın unikal idman qurğusu olan Milli Gimnastika Arenasına turda iştirak etməklə, bütün bu və digər suallarıa cavab tapmaq imkanı var.

Tur hər həftənin şənbə günləri keçirilir. Sizə uyğun vaxtı seçib - 11:00, 12:00 və ya 13:00 - turda iştirak etməklə, özünüzü bir günlük də olsa peşəkar idmançı kimi hiss edəcək və bəlkə də yeni bir idmançı karyerasının əsasını öz övladınızın simasında qoyacaqsınız.

Tur haqda daha ətraflı məlumatı arenanın internet saytına daxil olmaqla (www.mga.az) və ya telefonla (+99412 566 96 99) əlaqə saxlamaqla, əldə edə bilərsiniz.

Gimnastika aləminə - gözəllik, zəriflik, güc və çeviklik dünyasına xoş gəldiniz!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti