...

"Qəbələ" "Zirə"yə də məğlub oldu

İdman Materials 16 Dekabr 2015 20:29 (UTC +04:00)
Azərbaycan Premyer Liqasında XVII turun oyunları davam edir.
"Qəbələ" "Zirə"yə də məğlub oldu

Bakı. Trend:

Azərbaycan Premyer Liqasında XVII turun oyunları davam edir.

Trend-in məlumatına görə, "Zirə" doğma meydanda "Qəbələ"ni qəbul edib.

Oyunda cəmi bir qol qeydə alınıb. Nicat Qurbanovun 24-cü dəqiqədə vurduğu qol "Zirə"ni ikinci pilləyə (29 xal) yüksəldib.

Hazırda turnir cədvəlində "Qarabağ" 37 xalla lider, "İnter" və "Qəbələ" isə 27 xalla 3-4-cü yerləri bölüşürlər.

Tura sabah keçiriləcək "Xəzər Lənkəran" - "Kəpəz" və "Neftçi" - AZAL matçları ilə yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti