...

Cerrard karyerasını başa vurur

İdman Materials 2 Yanvar 2016 13:33 (UTC +04:00)
“Liverpul”un keçmiş yarımmmüdafiəçisi, hazırda isə “Los-Anceles Qalaksi” klubunda forma geyinən Stiven Cerrard bu il karyerasını başa çatdıra bilər.
Cerrard karyerasını başa vurur

Bakı. Trend:

"Liverpul"un keçmiş yarımmüdafiəçisi, hazırda isə "Los-Anceles Qalaksi" klubunda forma geyinən Stiven Cerrard bu il karyerasını başa çatdıra bilər.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, o, yenidən "Liverpul"a qayıdaraq klubda məşqçi və ya başqa vəzifə tuta bilər.

İngiltərəli futbolçu bildirib: "100 faiz əmin olmasam da, çox güman, bu il karyeramda sonuncu il olacaq".

2016-cı ilin noyabr-dekabr aylarında sərbəst olacağını deyən S.Cerrard əlavə edib ki, bu vaxtdadək məşqçi lisenziyası ala biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti