...

Çempionlar Liqası: "Real" səfərdə "Roma"ya qalib gəldi - 2:0

İdman Materials 18 Fevral 2016 01:43 (UTC +04:00)
Fevralın 17-də Çempionlar Liqasında 1/16 final mərhələsinin oyunları keçirilib.
Çempionlar Liqası: "Real" səfərdə "Roma"ya qalib gəldi - 2:0

Bakı. Trend:

Fevralın 17-də Çempionlar Liqasında 1/16 final mərhələsinin oyunları keçirilib.

Trend-in məlumatına görə, İtaliyanın paytaxtında "Roma" Madrid "Realını" qəbul edib. Oyun qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qollar: Ronaldo, 57 (0:1), Xese, 86 (0:2)

Həmçinin, "Volfsburq" səfərdə Belçikanın "Gent" klubu ilə üz-üzə gəlib. Beş qolun vurulduğu görüşdə Almaniya klubu 3:2 hesablı qələbəyə sevinib.

Qollar: Draksler, 44 (0:1), 54 (0:2), Kruse, 60 (0:3), Kums, 80 (1:3), Koulibali, 89 (2:3)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti