...

İsrailli idmançı: Bakıda Dünya Kuboku ən yüksək səviyyədə təşkil edilib

İdman Materials 20 Fevral 2016 14:01 (UTC +04:00)
Bakı israilli idmançıları çox qonaqpərvər qəbul edib.
İsrailli idmançı: Bakıda Dünya Kuboku ən yüksək səviyyədə təşkil edilib

Bakı. Trend:

Bakı israilli idmançıları çox qonaqpərvər qəbul edib. Bunu Trend-ə idman gimnastikası üzrə Dünya Kubokunda iştirak etmək üçün Bakıya gəlmiş israilli gimnast Andrey Medvedev deyib.

O bildirib: "Demək istəyirəm ki, burada çox gözəl şərait yaardılıb. Arena çox əladır. Hər şey ən yüksək səviyyədə təşkil edilib".

A.Medvedev dayaqla tullanmada iki rotasiyanın yekunu üzrə birinci nəticəni göstərib.

Çıxışını şərh edən idmançı qeyd edib: "Nəticəmdən razıyam, çünki bu mövsümdə ilk startımdır. Hər iki tullanmamda ayaqüstə durdum, yıxılmadım, buna görə yaxşı nəticədir".

İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 21-də 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında başa çatacaq. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri, sonuncu günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.

Favoritlər arasında Dünya Çempionatının parallel qollar üzərində bürünc medalçısı, Bakı-2015 İlk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır. Qadınlar arasında Azərbaycanı Yuliya İnşina, Marina Nekrasova və Mariya Smirnova təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti