...

Bakıdakı Milli Gimnastika Arenası gördüyüm ən gözəl Arenadır - Xorvatiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili

İdman Materials 21 Fevral 2016 21:50 (UTC +04:00)
Bakıdakı Milli Gimnastika Arenası gördüyüm Arenalar arasında ən gözəlidir
Bakıdakı Milli Gimnastika Arenası gördüyüm ən gözəl Arenadır -  Xorvatiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili

Bakı. Maksim Tsurkov - Trend:

Bakıdakı Milli Gimnastika Arenası gördüyüm Arenalar arasında ən gözəlidir. Bunu Trend-ə Xorvatiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Refik Şabanoviç deyib.

O qeyd edib ki, Bakıda keçirilən gimnastika üzrə yarışları ilk dəfə izləyir.

"İki gün əvvəl açılış mərasimində oldum və bu gözəl zala, burada yaradılan infrastrukturaya heyran oldum. Açılış mərasimi əla alındı. Mərasimdə gənc gimnastların iştirak etməsi mənim xüsusilə xoşuma gəldi", - deyə Refik Şabanoviç bildirib.

O qeyd etdi ki, yarışlarda Xorvatiyanı beş idmançı təmsil etdi: "Onlardan ikisi beşinci yeri, daha biri isə üçünçü yeri tutdu, Xorvatiya üçün bu böyük müvəffəqiyyətdir", - deyə Refik Şabanoviç bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti