Anatoli Banişevskinin xatirəsi yad olunub (FOTO)

İdman Materials 23 Fevral 2016 16:06 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, uzun illər "Neftçi" komandasının heyətində oynamış, SSRİ yığmasında çıxış etmiş, dövrünün ən güclü futbolçularından hesab edilən Anatoli Banişevskinin doğum günüdür.

Anadan olmasının 70-ci ildönümündə AFFA-nın və "Neftçi" Peşəkar Futbol Klubunun rəhbərliyi, veteran futbolçular, futbol ictimaiyyətinin nümayəndələri A.Banişevskinin məzarını ziyarət edib, qəbirüstü abidəsinin önünə əklillər və gül dəstələri qoyublar. AFFA-nın baş katibi Elxan Məmmədov və Neftçi" PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev çıxış edərək A.Banişevskinin Azərbaycan futbolunun inkişafı naminə xidmətlərini xatırladıblar.

AFFA-nın İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov və Çingiz İsmayılov mərhum futbolçu ilə bağlı xatirələrini bölüşüblər.

A.Banişevskinin ailəsi adından həyat yoldaşı çıxış edərək göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti