...

Britaniya yığmasının məşqçisi: Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda medal qazanmaq istərdik

İdman Materials 3 Mart 2016 13:25 (UTC +04:00)
Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda medal qazanmaq istərdik.
Britaniya yığmasının məşqçisi: Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda medal qazanmaq istərdik

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda medal qazanmaq istərdik. Bunu Trend-ə batut gimnastikası üzrə Böyük Britaniya yığmasının baş məşqçisi Kreyq Louter deyib.

Onun sözlərinə görə, Bakıya ilk dəfədir gəlir: "Bakı çox gözəl şəhərdir. Ötən gecə gəlmişik və hər şey əladır. Yerləşdiyimiz otel çox yaxşıdır. Arenayı tam qiymətləndirməyə imkan tapmamışıq, lakin çox gözəl görünür".

K.Louter bildirib ki, britaniyalı idmançıların əsas vəzifəsi yaxşı çıxış etməkdir: "Məqsədimiz yaxşı çıxış etmək və bütün elementləri icra etməkdir. Əlbəttə ki, Bakıda medal qazanmaq istərdik və ümid edirik ki, bizdə alınacaq".

Qeyd edək ki, martın 5-6-da Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.

Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən kubokda Avropa ilə yanaşı, uzaq Şərq ölkəsi Yaponiya, Okeaniya ölkəsi Avstraliya, eləcə də Atlantik okeanının sahillərindən ABŞ-ı təmsil edən idmançılar iştirak edəcək.

Ümumilikdə, yarışlarda 17 ölkədən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti