...

Belarus gimnastları Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda sinxron çıxışlarda qızıl medal qazanıblar

İdman Materials 6 Mart 2016 12:43 (UTC +04:00)
Belarus gimnastları Tatyana Petrenya və Anna Qorçenok Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda sinxron çıxışlarda qızıl medal qazanıblar.
Belarus gimnastları Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda sinxron çıxışlarda qızıl medal qazanıblar

Bakı. Trend:

Belarus gimnastları Tatyana Petrenya və Anna Qorçenok Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda sinxron çıxışlarda qızıl medal qazanıblar.

Ukraynalı duet Natalya Moskvina və Marina Kiyko gümüş, rusiyalı udet Yana Pavlova və Viktoriya Voronina isə bürünc medal qazanıblar.

Azərbaycanlı gimnastlar Svetlana Makştarova və Səbinə Zaytseva isə finalda yeddinci nəticə göstəriblər.

Bakıda batut gimnastikası üzrə Dünya Kuboku Milli Gimnastika Arenasında keçirilir.

Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən Kubokda Avropa ilə yanaşı, Yaponiya, Avstraliya, eləcə də ABŞ-ı təmsil edən idmançılar iştirak edir.

Ümumilikdə, yarışlarda 17 ölkədən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron çıxış proqramında mübarizə aparır.

Yarışlar zamanı tamaşaçılar da diqqətdən kənarda qalmayacaq. Onlar müxtəlif maraqlı müsabiqələrdə iştirak edə və təşkilatçılardan mükafatlar ala biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti