...

MakKeyn, Şabanoviç, Şilakadze və Hüseynovun Marriott JW Abşeron turnirində qələbəsi

İdman Materials 18 Aprel 2016 11:30 (UTC +04:00)
Dreamland Qolf Klubunda rekord sayda, 80 nəfərin iştirakı ilə Marriott JW Abşeron oteilinin sponsorluq etdiyi növbəti qolf turniri keçirilib.
MakKeyn, Şabanoviç, Şilakadze və Hüseynovun Marriott JW Abşeron turnirində qələbəsi

Trend-i buradan izləyin

Bakı. Trend:

Dreamland Qolf Klubunda rekord sayda, 80 nəfərin iştirakı ilə Marriott JW Abşeron oteilinin sponsorluq etdiyi növbəti qolf turniri keçirilib.

Turnirdə hədiyyə olaraq Marriott JW Abşeron oteli restoran vauçerlərindən tutmuş, oteldə bir gecəlik qalmağa qədər qiymətli hədiyyələr təqdim edirdi.

Bundan əlavə ilk dəfə olaraq Marriott JW Abşeron ilk dəliyə görə də mükafat təqdim edirdi. Belə ki, 4-cü dəlikdə əgər hər hansı oyunçu ilk zərbədən dəliyə düşə bilsə idi onlar 20.000 azn dəyəri olan prezident nömrəsində gecələmək imkanı qazanırdılar.

Lakin təəssüflər olsun ki, böyük ustalıq tələb edən bu atışı heç kəs bacara bilmədi. Bunu görən Marriott JW Abşeron otelinin baş direktoru Martin Kleinman bu hədiyyəyə görə auksion elan etdi.

5000 azn qiymətinə satılan hədiyyədən qazanılan gəlir isə SOS uşaq kəndlərinə xeyriyyə məqsədilə xərclənildi.

Dreamland Qolf Klubunda keçirilən qolf turnirləri son dövrlərdə klub üzvləri və qonalar arasında böyük populyarlıq qazanmışdır. Hər tədbirdən öncə oyunçular üçün oyuna hazırlaşmazdan əvvəl səhər yeməyi təşkil edilir. Bunun ardınca isə hər komanda öz arasında qısa brifin edərək sahədə güclərini sınamağa gedirlər.

Günün qalibi Nil Makkin, Refik Şabanoviç, Andro Şilakadze və Xəlil Hüseynov oldular. Onlar 68 (59.8) xalla birinci yeri qazandılar. Onlar 3, 6, 12, 14 və 16-cə dəliklərdə 5 "bördi" qazandılar.

İkinci yeri 68 xalla (60.1) Frenk Vilson, Anna Vilson, Evan Drammond və Syuzi Drammond qazandılar. Onların 6 "bördi" atışı olmasına baxmayaraq, 9 və 18-ci dəliklərdə olan 2 "boqi" atışları birincilik qazanmalarına mane oldu.

Üçüncü yeri isə 68 xalla (60.1) Cimmy Makdeyd, Qreqor Riddel, Kenni Makkenzi və Leo Trup qazandılar. Onlar 5 "bördi" və 1 "boqi" atışları etdilər.

Gün ərzində oyunçular səriştə tələb edən Marriott JW Abşeron otelinin sponsorluq etdiyi müxtəlif yarışlarda da iştirak etdilər.

11-ci dəlikdə ən yaxın "pin" - Devid Seo
17-ci dəlikdə ən yaxın "pin" - Martin Kleinman
16-cı dəlikdə qadınlarda ən uzun "drayv" - Mila Hvilşoj
6-ci dəlikdə kişilərdə ən uzun "drayv" - Den Lyuis

Turnirdən sonra oyunçuların mükafatlandıma mərasimi keçirildi.

Onlar həmçinin Asiya mətbəxinə qonaq edildilər.

Növbəti turnirin keçirilməsi May ayında planlaşdırılır.

Dreamland Qolf Klubu haqqında

2015-ci ildə öz qapılarını geniş ictimaiyyətə açan Dreamland Qolf Klubu Dye Dizayn tərəfindən dizayn edilmiş 18 dəlikli beynəlxalq turnirlərə ev sahibliyi etmə səviyyəli qolf meydançası, İMG performans studiyaları olan qolf akademiyası və müvafiq xidmət obyektlərinə malik Klabhaus-dan ibarətdir.

Meydança mənzil, villa və Sabis Sun beynəlxalq məktəbini əhatə edən Dreamland qapalı yaşayış sahəsinin ən vacib hissəsi hesab olunur.

Ətraflı məlumat : Philip Jones GM Dreamland Qolf Klubu, Bakı E-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti