...

Yeniyetmə və gənc sərbəst güləşçilərimiz Xaçmazda hazırlıq keçir (FOTO)

İdman Materials 20 Aprel 2016 13:52 (UTC +04:00)
Yeniyetmə və gənclərdən ibarət sərbəst güləş üzrə yığma komandalar təqvim planında nəzərdə tutulan qarşıdakı yarışlara hazırlığı Xaçmaz Olimpiya İdman kompleksində davam etdirir.
Yeniyetmə və gənc sərbəst güləşçilərimiz Xaçmazda hazırlıq keçir (FOTO)

Bakı. Trend:

Yeniyetmə və gənclərdən ibarət sərbəst güləş üzrə yığma komandalar təqvim planında nəzərdə tutulan qarşıdakı yarışlara hazırlığı Xaçmaz Olimpiya İdman kompleksində davam etdirir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumatda bildirilir ki, təlim məşq toplantısına ümumilikdə 50-yə yaxın güləşçi qatılıb. Yeniyetmələrin təlimlərinə böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Umudov və Yaşar Əliyev rəhbərlik edir.

Gənclərdən ibarət komanda isə hazırlıqlarını böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin tapşırıqları əsasında aparır.

Milli komandaların qarşıdakı ilk sınağı aprelin 26-29-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda beynəlxalq turnir olacaq.

Daha sonra güləşçilərimizi qitə miqyaslı yarışlar gözləyir. İyunun 21-26-da Rumıniyanın paytaxtı Buxarest şəhərində gənclər, iyulun 19-24-də İsveçin paytaxtı Stokholmda isə yeniyetmə güləşçilər Avropa çempionatında mübarizə aparacaq.

Güləşçilərimizin Xaçmaz Olimpiya İdman Kompleksində hazırlığı aprelin 26-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti