...

ÇL-nın Milan finalında oynayacaq ikinci komanda məlumdur

İdman Materials 5 May 2016 00:41 (UTC +04:00)
Mayın 4-dən 5-nə keçən gecə Çempionlar Liqasının ikinci yarımfinalının cavab qarşılaşması keçirilib
ÇL-nın Milan finalında oynayacaq ikinci komanda məlumdur

Bakı. Rauf Quliyev - Trend:

Mayın 4-dən 5-nə keçən gecə Çempionlar Liqasının ikinci yarımfinalının cavab qarşılaşması keçirilib.

Trend-in məlumatına görə, Madrid "Real"ı İngiltərə təmsilçisi "Mançester Siti"ni qəbul edib.

Mançesterdə keçirilən ilk oyunda 0:0 hesablı heç-heçə qeydə alındığından, bu matç çox böyük əhəmiyyət daşıyırdı.

Oyunun ilk dəqiqələrindən üstünlüyü ələ keçirən meydan sahibləri 20-ci dəqiqədə istəklərinə çatıblar. Qaret Beyl azarkeşləri sevindirib - 1:0.

Birinci hissənin qalan dəqiqələrində komandaların hücumları nəticəsiz qalıb.

Oyunun ikinci hissəsi gərgin keçsədə, qolsuz olub.

Beləliklə, "Real Madrid" Çempionlar Liqasının finalına yüksəlib.

Xatırladaq ki, dünən Almaniyada Çempionlar Liqasının ilk finalçısı məlum olub. Birinci oyunda 1:0 hesabı ilə "Bayer Münhen"i udan "Atletiko Madrid", cavab qarşılaşmasında 1:2 hesabi ilə məğlub olub və nəticə etibarı ilə finala yüksəlib.

Beləliklə, mayın 28-də Milan şəhərində ÇL-nın finalında iki Madrid komandası qarşılaşacaq - "Real" və "Atletiko".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti