...

Azərbaycan Kubokunda ilklərlə zəngin final

İdman Materials 5 May 2016 17:27 (UTC +04:00)
Azərbaycan Kubokunun 2015/16 mövsümünün yarımfinal mərhələsinin cavab oyunları həlledici qarşılaşmanın iştirakçılarını müəyyənləşdirib.
Azərbaycan Kubokunda ilklərlə zəngin final

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Kubokunun 2015/16 mövsümünün yarımfinal mərhələsinin cavab oyunları həlledici qarşılaşmanın iştirakçılarını müəyyənləşdirib.

Trend PFL-in saytına istinadən məlumat verir ki, mayın 25-də baş tutacaq finalda "Qarabağ"la "Neftçi" üz-üzə gələcək. Sonuncular "Qəbələ"ni hər iki oyunu 1:1 hesabı ilə başa çatan duelin penaltilər seriyasında məğlub edib - 4:3. Ağdam klubu isə "İnter"i hər iki matçda üstələyib - 4:0, 1:0.

Bununla da Azərbaycan Kubokunda ilk dəfə ardıcıl 2 il eyni klublar finalda çıxış edəcək. 2014/15 mövsümünün həlledici qarşılaşmasında "Neftçi"ni 3:1 hesabı ilə məğlub edən "Qarabağ" 2-ci "Qızıl dubl"unu rəsmiləşdirmək, "Neftçi" isə növbəti titulunu əldə etməyə çalışacaq. Bunadək yarışın 24 illik tarixində heç vaxt eyni cüt iki dəfə ardıcıl kubok mübarizəsinə çıxmamışdı.

Bu iki komanda 1995/96 mövsümündə də finalda üz-üzə gəlib. "Neftçi"nin 3:0 hesabı ilə qalib gəldiyi həmin matçı da nəzərə alsaq, rəqiblər 3-cü dəfə finalda qarşılaşacaq. Belə hal da ilk dəfə qeydə alınacaq. Çünki indiyədək Azərbaycan Kubokunda heç bir cüt finalda 3 dəfə üz-üzə gəlməyib. Hərəyə 1 dəfə qalib gələn "Qarabağ"la "Neftçi" kimi "Kəpəz" - "Qarabağ" (1997/98, 1999/2000), "Neftçi" - "Şəmkir" (1998/99, 2003/04) və "Xəzər Lənkəran" - "İnter" (2007/08, 2010/11) cütləri də 2 dəfə qarşılaşıb. Amma sonuncu 3 cütün hər birində eyni komanda - adı birinci göstərilən hər iki finalda rəqibindən güclü olub.

Daha bir ilkə "Neftçi" imza atıb. Son 4 mövsümdə 2 kubok qazanıb, 2 dəfə finalda məğlub olan "ağ-qaralar" ardıcıl 5-cu dəfə yarımfinalı uğurla adlayıb. "Neftçi"dən başqa yalnız 3 komanda ən azı 2 dəfə ardıcıl final oynamışdı ki, "Kəpəz", "İnter" və "Xəzər Lənkəran"dan heç biri seriyasını 3-ə çatdıra bilməmişdi. "Qarabağ" da ardıcıl 2-ci dəfə bunu reallaşdıraraq 3 komandaya çatıb.

Ümumilikdə isə ən çox final oynayan "Neftçi" 10-cu dəfə bu hüququ qazanıb. Bu göstəricidə 2-ci olan "Qarabağ" isə 8-ci dəfə həlledici matçda oynayacaq. Kubok sayında bakılılar 6, ağdamlılar 4 mükafata yiyələnib.

mövsüm

qalib

finalçı

hesab

1992

"İnşaatçı" (Bakı)

"Kür" (Mingəçevir)

2:1, əlavə vaxtda

1993

"Qarabağ" (Ağdam)

"İnşaatçı" (Sabirabad)

1:0, əlavə vaxtda

1993/94

"Kəpəz" (Gəncə)

"Xəzər" (Lənkəran)

2:0

1994/95

"Neftçi" (Bakı)

"Kür" (Mingəçevir)

1:0

1995/96

"Neftçi" (Bakı)

"Qarabağ" (Ağdam)

3:0

1996/97

"Kəpəz" (Gəncə)

"Xəzri" (Bakı)

1:0

1997/98

"Kəpəz" (Gəncə)

"Qarabağ" (Ağdam)

2:0

1998/99

"Neftçi" (Bakı)

"Şəmkir"

0:0, pen. 5:3

1999/2000

"Kəpəz" (Gəncə)

"Qarabağ" (Ağdam)

2:1

2000/01

"Şəfa" (Bakı)

"Neftçi" (Bakı)

2:1

2001/02

yarımçıq qalıb

2002/03

Keçirilməyib

2003/04

"Neftçi" (Bakı)

"Şəmkir"

1:0, əlavə vaxtda

2004/05

"Bakı"

"İnter" (Bakı)

2:1, əlavə vaxtda

2005/06

"Qarabağ" (Ağdam)

"Karvan" (Yevlax)

2:1

2006/07

"Xəzər Lənkəran"

"MKT-Araz" (İmişli)

1:0

2007/08

"Xəzər Lənkəran"

"İnter" (Bakı)

2:0, əlavə vaxtda

2008/09

"Qarabağ" (Ağdam)

"İnter" Bakı

1:0

2009/10

"Bakı"

"Xəzər Lənkəran"

2:1, əlavə vaxtda

2010/11

"Xəzər Lənkəran"

"İnter" (Bakı)

1:1, pen 4:2

2011/12

"Bakı"

"Neftçi" (Bakı)

2:0

2012/13

"Neftçi" (Bakı)

"Xəzər Lənkəran"

0:0, pen 5:3

2013/14

"Neftçi" (Bakı)

"Qəbələ"

1:1, pen.2:3

2014/15

"Qarabağ" Ağdam

"Neftçi" (Bakı)

3:1

Xəbər lenti

Xəbər lenti